Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında 2019-cu ilin yazında birbaşa reys açılacaq.
Rusiya KİV-ləri xəbər verir ki, bunu Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi münasibətləri üzrə naziri vəzifəsini icra edən Denis Afanasyev bildirib.
O qeyd edib ki, Azərbaycan Hava Yolları (AZAL) dörd illik fasilədən sonra yenidən Həştərxana reys həyata keçirəcək: "Belə ki, reyslərin həftədə iki dəfə həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə uçuşlar 1 saat 30 dəqiqə və 1 saat 15 dəqiqə çəkir. Hazırda texniki məsələlər ilə yanaşı, marketinq siyasəti ilə bağlı müzakirələr aparılır.
D.Afanasyev bildirib ki, "Turkish Airlines" Həştərxan hava limanını tərk edib: "Bu mənada Bakı hava limanı Şərqlə Qərb arasında kəsişmə nöqtəsi ola bilər".