Azərcaycanda heyvan saxlayanların sayı artır. Amma bir problem var ki, vətəndaşların bir qismi bu heyvanları saxlayarkən təhlükəsizlik qaydalarına riayət etmirlər.
ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Söhbət həmin heyvanların gəzintiyə çıxarılması zamanı təhlükənin qarşısını almaq üçün istifadə olunan aksesuarlardan gedir. Buruntaqsız, daha etibarlı qayışlərdən istifadə edilmədən küçələrə çıxarılan itlərə daha çox rast gəlinir. Amma itlər kimi, başqa heyvan saxlayanlar da bu aksesuarlardan istifadə etməlidir.
Şəhər sakinlərinləri də bu heyvanlardan gələ biləcək təhlükədən xəbərdardır və birmənalı olaraq o heyvanların belə gəzdirilməsindən narahatdırlar.
İtlərin gəzdirilməsi üçün xüsusi qaydaların olması ilə yanaşı, onların bu cür saxlanılması və gəzdirilməsinə görə inzibati cəza mexanizmi də mövcuddur.