Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnara Kərimovaya tətbiq edilən sanksiyaların müddətini uzadıb.
"Kommersant.az" bildirir ki, bu barədə Özbəkistan mətbuatına istinad edilir.
Sanksiya tətbiq edilən şəxslərin siyahısında bütün dünyadan 13 nəfərin, həmçinin onlarla əlaqədar 39 fiziki şəxsin və şirkətin adı var.
Özbəkistanın Baş Prokurorluğu bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, Gülnara Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəzasını çəkir. Sanksiyaların müddətinin uzadılması isə ABŞ-ın daxili işidir.
Xatırladaq ki, ABŞ Gülnara Kərimovaya qarşı 2017-ci ilin dekabrında bir il müddətinə sanksiyalar tətbiq etmişdi.