USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazir qərar verdi

22.12.2018 İqtisadiyyat
0 0
“Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Peşə təhsili üzrə "Peşə təhsili haqqında" qanununun 9.8-ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilib:

ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 2 il;

tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;

ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;

tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il;

Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi,

ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.