USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mobil operatorlar bu il nə qədər qazanıb?

24.12.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 694,4 milyon manatlıq xidmət göstəriblər.

"Kommersant.az" xəbər verir ki, göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 794,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Trend