Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini İqbal Babayev bu gün Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə sahibkarlara ciddi xəbərdarlıq edib.
"Kommersant.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsi sahibkarlara xəbərdarlıq edib:
"Qanunvericiliyin tələblərinə əməl etməyən, "Yaşıl dəhliz" buraxılış sistemindən sui-istifadə edən, idxal və ixrac edilən mallarının gömrük dəyərini və digər məlumatları gömrük orqanlarına düzgün bəyan etməyən, eyni zamanda, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda saxtakarlığa yol verən xarici ticarət iştirakçıları barədə ciddi tədbirlər görüləcək".
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini İqbal Babayev bu gün Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının forumu: "Yaşıl Dəhliz" buraxılış sistemi" mövzusundakı tədbirdə bildirib. Onun sözlərinə görə, gömrük-biznes tərəfdaşlığının yeni mərhələsində könüllü riayət sistemi strateji hədəfdir: "Eləcə də, islahatlar nəticəsində xarici ticarət iştirakçılarından sərhəd əməliyyatları və gömrük rəsmiləşdirilməsindı daha çevik xidmət üçün sərhəddə qədər məlumatların əvvəlcədən bəyan edilməsi gözlənilir. Elektron növbə sistemindən yararlanmaqla sərhəddə gözləmədən "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə etmək mümkündür".