USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnternet mediasına pul ayrılacaq - RƏSMİ

25.12.2018 İqtisadiyyat
0 0
"İnternet resurslarına dövlət dəstəyi nəzərdə tutulub”.

Bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

V.Səfərli bunun üçün müzakirələrin aparıldığını vurğulayıb:

"Amma burada seçim edilərkən peşəkar KİV-lərə üstünlük veriləcək. Yəni kimsə evdə oturub 5-6 sayt idarə edəcəksə, elə KİV-lərə dəstək göstərilməyəcək".

İcracı direktor gələcəkdə internet resurslarına dövlətin maliyyə dəstəyi göstərməsinin medianın inkişafında mühüm rol oynayacağını qeyd edib.