USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Vergi xəbərçiləri” mükafatlandırıla bilərlər - AÇIQLAMA

25.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub. Amma bununla bağlı qanunda mükafatlandırma mexanizmləri yoxdur.

"Kommersant.az" xəbər verir ki, Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə görə, vergidən yayınma halları ilə bağlı hazırda da nazirliyə məlumatlar daxil olur.

Gələcəkdə isə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər:

"Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər".

Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma ("Whistleblow") mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. "Whistleblow" (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermək deməkdir.

"Whistleblower" isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də "İnformator" adlanırlar.