USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mobil cihazların qeydiyyat rüsumu hara xərclənəcək?

26.12.2018 İqtisadiyyat
0 0
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunan mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun müəyyən hissəsi müvafiq dövlət orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Yeni təkliflərə əsasən, mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq, müəyyən icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mobil cihazların qeydiyyatı sisteminin saxlanmasını təmin etmək üçün onun xəzinə hesabına köçürülür.Vəsaitin qalan hissəsi isə dövlət büdcəsinə ödənilir. Vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib. Bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilir

ikt