USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2019-cu ildə yalnız bu ölkənin smartfon bazarında artım qeydə alınacaq

26.12.2018 İqtisadiyyat
0 0
2019-cu ildə yalnız Hindistanın smartfon bazarında artım qeydə alınacaq. Banker.az ICT news-a istinadən bildirir ki, bu haqda “Economic Times” nəşri yazıb.

"Counterpoint" və "CyberMedia" analitiklərinin proqnozuna görə, 2019-cu ildə Hindistanda smartfon satışlarının həcmi 160 milyon təşkil edəcək. Müqayisə üçün bildirək ki, cari və ötən illər bu göstərici müvafiq olaraq 150 və 134 milyon olub.

2019-cu ildə Çində smartfonlara tələbatın azalması gözlənilir, ABŞ-da isə dinamika ən yaxşı halda sıfıra bərabər olacaq. "IDC" analitik şirkətinin ekspertlərinin proqnozuna görə, qlobal "ağıllı" telefon bazarının həcmi 2,6% artacaq. 2018-ci ildə 3%-lik azalma qeydə alınacaq.

Əmək haqqının hesablanması üçün kalkulyator (2019)-YENİ
Mütəxəssislər bildirirlər ki, ABŞ və Çin arasında gedən ticarət müharibəsi smartfon bazarına mənfi təsir edir, ancaq inkişaf etməkdə olan bazarlardakı mövcud artımı, "5G" mobil rabitə standartının tətbiqi ilə əlaqədar potensial müsbət dinamikanı bərpa etməyə imkan verəcək.

Hindistanın smartfon bazarında "Xiaomi" və "Samsung" brendləri liderlik edirlər. Hər iki şirkətin sözügedən ölkənin smartfon bazarındakı payı 50%-i ötür.