USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd təsərrüfatı naziri: "Hədəfimiz innovativ və müasir düşüncəli kadrlardır"

16.05.2018 İqtisadiyyat
0 0
“WorldFood Azerbaijan 2018" sərgisi aqrar sektorda mühüm əhəmiyyətə malikdir.

"Kommersant.Az" xəbər verir ki, bunu sərgidə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, sərgi qeyri-neft sektorunda, xüsusilə də aqrar sektorda həyata keçirilən islahatların təcəssümüdür: "Bu il sərginin sahəsi ötən illə müqayisədə 12% böyüyüb. Bu cür sərgilər yerli fermerlərlə xarici şirkətlər arasında sıx əlaqələr yaradır".

Nazir rəhbərlik etdiyi qurumdakı kadr islahatları barədə də danışıb: "İnnovativ və müasir düşüncəli kadrlara üstünlük veririk. Onlar bizim hədəfimizdir. Həm gənc, həm də yaşlı ola bilərlər. "Gənc kadr" sözü üzərində dayanmırıq. Kənd Təsərrüfatı Nazirliyində kifayət qədər müasir düşüncəli, dəyərli kadr var. Nazirlikdən heç kim işdən azad olunmayıb. Yerdəyişmələr olub və bu qaydada davam edəcək".