USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari tibbi sığorta üzrə sığorta haqları məlum oldu

26.12.2018 İqtisadiyyat
0 0
Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyən edilib.

"Kommersant.az" xəbər verir ki, bu məsələ Milli Məclisin (MM) payız sessiyasının sonuncu-28 dekabr iclasının gündəliyinə salınan "Tibbi sığorta haqqında" qanun layihəsində öz əksini tapıb.

Belə ki, icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilib:

1. Xidmətlər zərfinin baza hissəsi üzrə -təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

Xidmətlər zərfinin əlavə hissəsi üzrə:

- sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

- sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2 faizi;

İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda - Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.

İcbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.