USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının inkişafına yönəldilən vəsaitin məbləği azaldılıb

27.12.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11031,6 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,5% az vəsait yönəldilib.

"Kommersant.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, ümumi sərmayənin 57,4%-i dövlət, 42,6%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

11 ay ərzində Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,7%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,1%-ni əsaslı təmir, 4,5%-ni cari təmir, 19,7%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 81,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Report