USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşsizlərə şad xəbər: 30 min insan cəlb olunacaq

27.12.2018 İqtisadiyyat
0 0
Gələn il 30 min işsiz insan ictimai işlərə cəlb olunacaq.

Bu açıqlama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilən beynəlxalq elmi-praktik konfransda verilib.

Çıxış edənlər bildiriblər ki, bu il 626 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib. Gələn il isə 800 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillərin verilməsi nəzərdə tutulub. Əlavə olaraq bir binada da tikinti işləri gedir. Burada işlər yekunlaşsa, verilən mənzillərin sayı 900-ə yaxın olacaq. Qeyd edilib ki, gələn ildən etibarən yeni hazırlanan "İşsizin Dostu" layihəsi çərçivəsində işsiz insanlar ictimai işlərə cəlb ediləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev avtomatlaşdırılmış pensiya təyinatı sistemi ilə bağlı son vəziyyəti də açıqlayıb.

Digər 30 faiz isə xüsusi və güzəştli şərtlərlə pensiya alanlardır ki, onlarla bağlı da qanunvericilik bazası hazırlanır. Nazir sosial müavinət alan ailələrə Yeni illə bağlı veriləcək 100 manatlıq birdəfəlik yardıma da toxunub.

Sonra Nazirliyin strukturlarında uzun illər səmərəli fəaliyyəti ilə seçilən işçilər və müvafiq sahənin təşviqində fəal iştirak edən "Sosial elçilər" mükafat və diplomlarla təltif olunublar.

  • Əvvəlki

    Daha üç vəzifəli şəxs işdən çıxarıldı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0