Yaxın vaxtlarda- yeni ildə 200 000-dən çox rus işini itirə bilər. İxtisar dalğasının ilk növbədə bank sektorunda çalışanlara təsir etmə ehtimalı var.
"Kommersant.az" xəbər verir ki, işini itirmək riski daha yüksək olan sahələr arasında nəqliyyat sferasında çalışan - elektrik avadanlıqların və ya maşınların istehsalı ilə məşğul olan şəxslər də mövcuddur. Bu barədə "İzvestiya" ölkənin Əmək Nazirliyinə istinadən yazıb. Yeni ildə işdən qovulma riski olan insanların sayı 30,5 mindir. Onlar da maliyyə və bank sektorunda çalışanlardır. Bu bazarın davam edən "təmizləməsi" və kredit təşkilatlarının bağlanması ilə bağlıdır. Nəqliyyat sektorunda 27,7 min əməkdaş işini itirə bilər. Bu, sektorun elektrik hesablama mexanizmlərinin və ölçü texnikasının istehsalı ilə məşğul olanlara şamil edilə bilər. Bu isə həmin sahədəki 16,6 min insana təsir etmə ehtimalı var. Həmçinin işdən çıxarılma riski olan sahələr arasında energetika sektoru da mövcuddur. Məsələn, neft mədənlərindən neft hasil edənlər, elektrik enerjisi və başqa yanacaq növlərinin istehsalı və ötürülməsi ilə məşğul olan əmədaşlar (14,4 min), maşın və avadanlıqların istehsalı ilə məşğul olanlar (11,7 min), avtomobil istehsalı ilə məşğul olanlar (8,2 min), tikinti materialının istehsalında çalışanlar (6,2 min).
Ümumilikdə yuxarıda qeyd etdiyimiz sahələri nəzərə alaraq 200 000 insanı işsiz qalma ehtimalı mövcuddur. Amma ölkənin Əmək Nazirliyi isə, proqnoz edir ki, başqa sahələrdə işin itirilməsi riski çox da yüksək deyil, amma bununla belə işini itirənlərin sayı 230,8 min olacaq. İxtisara düşəcək şəxslərin böyük əksəriyyəti isə Moskva və Sankt-Peterbruq şəhərində yaşayır.
"Proqnoz o demək deyil ki, hər kəs işini itirəcək. Təşkilatlardakı situasiya dəyişə bilər. Məsələn, yeni sazişlər imzalana, təşkilatlar öz borclarını ödəyə bilər. Bu isə onlara cari əməkdaşlarını saxlamağa, hətta yenilərini cəlb etməyə kömək olacaq", - deyə nazirlikdən qeyd edilib. Nazirlik, həmçinin əlavə edib ki, yeni il öncəsi ixtisarlar haqqında danışmaq son dərəcə səhvdir. Nazirlik daim əmək bazarındakı situasiyanı monitorinq edir və ixtisarlar, əsasən ilin fəslindən asılı olmayaraq baş verir.
Qeyd etmək yerinə düşər ki, belə bir proqnozu nazirlik işdən çıxarılma haqqında informasiyaya əsaslanaraq hazırlayır. Belə ki, bu informasiyaları məşğulluq xidmətinə məhz şirkətlərin özləri təqdim edir. Əmək Nazirliyindən isə bildirilib ki, şirkətlər belə bir informasiyanı məşğulluq xidmətinə işçini işdən çıxarmamışdan 2 ay əvvəl bildirməlidir.