"Kommersant.az" xəbər verir ki, bu barədə baş nazir Edi Rama məlumat verib. Qanun 2019-cu ildən etibarən qüvvəyə minəcək. Turistlərin ziyarət etdiyi bəzi hotellər və lisenziyalı qumarxanalara hələlik qadağa tətbiq edilməyəcək.
Qeyd edək ki, Albaniyada futbolla əlaqədar mərc oyunları məşhurdur. Mərc oyunlarının illik gəliri 700 milyon dollardır və ölkədə ümumilikdə 4300 mərc ofisi var.