"Belarus "Şimal-Cənub" layihəsinə və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə maraq göstərir".
Bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında bildirib.
"Belarus Minsk-Bakı dəmir yolu marşrutunun yardılmasında maraqlıdır. Azərbaycan "Şimal-Cənub", "Böyük İpək Yolu" kimi infrastruktur layihələrdə iştirakına görə Belarusu cəlb edir", - diplomat deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan və Belarus arasında yük daşımaları 400 min ton təşkil edəcək.
Səfir xatırladıb ki, Altayda güclü logistik mərkəz var və Belarus mallarını Bakı-Tbilisi-Qars marşrutu ilə Gürcüstana, Türkiyəyə tədarük etmək məqsədilə onun imkanlarından yararlana bilər.
G.Axramoviç Bakı ilə Minsk arasında müntəzəm dəmir yolu əlaqəsinin qurulmasının zəruri olduğunu qeyd edib: "Məsələn, həftədə iki dəfə 50-60 vaqonlu sürətli marşrutla".
Onun sözlərinə görə, Azərbaycan kimi, Belarus bir sıra nəqliyyat layihələrində iştirak etdiyindən Azərbaycan üçün maraqlı ola bilər: "Bu cür planların həyata keçirilməsi Azərbaycanda xidmət sektorunun inkişafına yardım edəcək. Azərbaycan və Belarusun böyük logistik mərkəzlərin yaradılmasında böyük potensialı var".