Metro stansiyalarında dörd günlük konsert proqramı olacaq.
Bakı Metropoliteni" QSC-dən "Kommersant.az"a verilən məlumata görə, konsert proqramı çərçivəsində sərnişinlərə canlı musiqi hədiyyəsi olacaq.
Bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.
Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhərsakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir.
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.
Canlı musiqi milli muğamüçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən "İçərişəhər", "Sahil", "28 May", "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək: