USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aztəminatlı ailələrə - ŞAD XƏBƏR

28.12.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aztəminatlı ailələrin hesabına 100 AZN köçürülüb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.

Birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.

Qeyd olunan Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödənilməsini nəzərdə tutmaqla, dövlət başçısının həmin ailələrə növbəti qayğısıdır. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.