USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlılar rəsmi şəkildə 348 milyon dollarlıq oyunda iştirak edirlər

28.12.2018 İqtisadiyyat
0 0
Geridə qalan 2018-ci il bir çoxlarının yaddaşında bütün dünya lotereya tarixi boyunca ən böyük lotereya cekpotu üzrə ikinci oyun ili kimi qalacaq. Bu, ABŞ lotereyasının bu payızda 1,6 milyard dollarla oyunu başa çatdırmasından sonra heç də təəccüblü deyil.

"Kommersant.az" xəbər verir ki, bu gün ABŞ "Mega Millions"un mükafat fondu 348 mln. dollar, ABŞ "Powerball"un isə 294 mln. dollar təşkil edir.

"Mega Millions" lotereya tirajı artıq cümə günü, 28 dekabr, Şimali Amerikanın şərq vaxtı ilə saat 23:00-da baş tutacaq və mərhələ üzrə nəhəng cekpot 348 mln. dollardır. Hər bir şəxs yaşadığı ölkədən asılı olmayaraq, tirajda iştirak edə bilər.

"Hər kəs yalnız cekpotdan danışır və lotereya biletini əldə etmək üçün tələsir", - deyə "Mega Millions"un direktoru Qordon Medenik xüsusi press-reliz zamanı qeyd etdib. – Cekpotlar bu kimi məbləğlərə çatdığı zaman hər kəs qalib olarsa, həyatının necə dəyişə biləcəyi barədə düşünməyə başlayır.

Amerikalılar lotereya biletlərini almağı sevirlər. Ştat lotereyalarının Şimali Amerika assosiasiyasının məlumatına görə, ötən il üçün amerikalılar lotereya biletlərinə 80 milyard dollardan artıq vəsait xərcləyiblər. Bu, amerikalıların kinoteatr, video oyunları, kitablar, musiqi və idman tədbirləri üçün birgə olaraq xərclədikləri vəsaitdən artıqdır.

İndi ABŞ "Mega Millions" cekpotu 348 mln. dollara çatmasından sonra artıq əfsanəvi lotereyada iştirak üçün maraqlar da artır.

Amerika lotereyasını onlayn necə oynamaq olar?

"Mega Millions" tirajlarında Azərbaycandan iştirak etmək çox sadədir – rəsmi biletlərin onlayn əldə olunması və beş əsas nömrələrin (1-50) və iki "laki star" nömrənin (1-12) seçilməsi kifayətdir.

Bu xidmət başlandığı gündən, yəni 2002-ci ildə etibarən insanlara 70 mln. dollar qazanmasına kömək etdib – 2015-ci ilin sonlarında İraqdan olan oyunçu "Oreqon Megabaks" lotereyasından 6.4 mln. dollarlıq cekpot əldə edib. 2016-cı ildə El-Salvadordan olan təqaüdçü milyon dollar qazanıb, Kanadadan olan oyunçu isə ABŞ "Powerball"dan 1.35 mln. dollarlıq ikinci mükafat əldə edib.

Soldan sağa TheLotter.com qalibləri göstərilib. Qaliblər – 1 mln. dollarlıq mükafat qazanan El Salvadordan olan təqaüdçü, "Megabaks" lotereyasından 6.4 mln. dollarlıq mükafat qazanan İraqlı, "Avstriya Loto"dan 824 min avroluq mükafat qazanan rusiyalı.

Siz ABŞ lotereyasını qazandınız – bəs sonra?

TheLotter.com ünvanı vasitəsilə lotereya mükafatı qazandıqdan sonra qalib qazanılan məbləği, hətta kiçik uduş, və ya birinci və ya ikinci kateqoriyalı mükafat olsa belə, 100%-lik həcmlə əldə edir.

Kiçik həcmli uduşlarda TheLotter.com uduşu şəxsən alır və tiraj nəticələrinin elan olunmasından sonra bir neçə saat ərzində müvafiq məbləği müştəri hesabına köçürür.

Böyük həcmli uduşlarda, o cümlədən cekpot uduşlarında TheLotter.commüştərinin lotereyanın keçirildiyi ölkəyə səyahətini təşkil edir və burada qalib öz uduşunu TheLotter.com nümayəndələrinin tam hüquqi və təşkilati dəstəyi ilə şəxsən əldə edir.

Oxu.az