Moskvada ictimai nəqliyyatda gediş haqları bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, 1 yanvar 2019-cu ildən Rusiyada benzin, dizel yanacağı, tütün və tütün məmulatları, Moskvada isə su, elektrik enerjisi, qazın qiyməti bahalaşıb.
Ölkədəki növbəti qiymət artımı gediş haqlarına şamil olundu. Belə ki, birdəfəlik gediş kartı 2 rub artaraq 38 rubla çatıb. "90 dəqiqə" gediş kartı 3 rubl qalxaraq 59 rubl olub, 60 gedişlik kart isə 1765 rubldan 1900 rubla qədər bahalaşıb. 60 gedişlik kartın istifadə müddəti də 45 günlük olub.
Bir aylıq limitsiz kartların qiyməti isə 2075 rubldan 2170 rubla qaldırılıb.