USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra hakimiyyətində oğurluğa cəhd

07.01.2019 İqtisadiyyat
0 0
İcra Hakimiyyətinin binasında icra hakiminin birinci müavininin otağında seyfi oğurlamağa cəhd edən şəxs saxlanılıb.

"Kommersant.az" xəbər verir ki, Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd olub. Naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.

Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlı Kənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.