Bu barədə "Kommersant.az"-a açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib. Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq".
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.
Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib.