Bu axşam qlobal bazarın bütün sahələrini yaxından maraqlandıran iclas keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, qlobal bazarda müsbət inkişaf davam edir. Bu vəziyyətin nə qədər davam edəcəyi isə axşam açıqlanacaq FES iclasında bilinəcək.
Ekspertlərin iddialarına görə, FES – in yeni qərarından sonra iqtisadi inkişaf davam etsə də, dollar bazardakı dəyərini bir qədər itirəcək. Mütəxəssislər bu iddiaları ötən həftə FES rəhbəri Jerome Powelin yatırımçıların dəstəklənməsinə yönəlmiş açıqlamasına əsasən bildiriblər.