USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

II və III qrup əlillər güzəştlərdən məhrum edilir - YENİ QANUN

09.01.2019 İqtisadiyyat
0 0
Pensiyaçıların tərkibi ilə bağlı ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər bizi daim düşündürür. Belə ki, əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına beş faizdən çox azalıb. Bunlara baxmayaraq, bu ilin büdcəsində pensiyaçıların 30 faizə qədərinin əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri onu da vurğulayıb ki, bu yöndəki mövcud qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar.

"Bunu bir müddət öncə demişdim, bu gün də təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınması ilə bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb.

Bununla belə, məndə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün əsaslı tədbirlər hazırlayırlar.

Sevindirici hal ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər baş verməklə yanaşı, burada innovativ və elektron hökumət elementlərinə daha çox diqqət yetirilir ki, bu da hər cür neqativ halların kökünün kəsilməsinə xidmət edir", - deyə o əlavə edib.

Oxu.az

  • Əvvəlki

    DİN - dən yalan xəbər - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0