"Kommersant.az"-ın məlumatına görə, tətillər Ştutqart, Düsseldorf və Köln aeroportlarında başlayıb.
Qeyd olunur ki, Düsseldorfda 350, Kölndə 130 reys təxirə salınıb. Ştutqartda isə 500-ə yaxın reysin ləngiyəcəyi bildirilir.
Bildirilir ki, tətil bu gün gecəyarısınadək davam edəcək və ümumilikdə 110 minə yaxın sərnişinə təsir edəcək.
Tətil keçirən təhlükəsizlik əməkdaşlarının tələbi əməkhaqqının artırılmasıdır.
Trend
ABŞ-ın xam neft ehtiyatları azalıb
“Mastercard” loqotipini dəyişir - FOTO