USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qarabağda 126 metrlik körpü inşa edildi

10.01.2019 İqtisadiyyat
0 0
Regionların nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əhalinin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi vacib məsələlərdəndir. Son illərdə Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı nəqliyyat infrastrukturu layihələri, о cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmiş və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir.

"Kommersant.az" xəbər verir ki, bölgə əhalisinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işlərinə başlanılmışdı.

Prezident İlham Əliyevin Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi ilə bağlı imzaladğı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşdırılıb.

Aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb.

4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.

Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilib. Belə ki, körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilib.Hesabi yüklər A-15, NK-100-dür. Kənar dayaqlar massiv dəmir-beton konstruksiyalarda layihələndirilib. Dayaqların diametri 1200 qazma dəmir-beton svaylar üzərində quraşdırılıb.

Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilib. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və Texnoloji ardıcıllığa uyğun olaraq aparılan tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.

Qeyd edək ki, körpünün tikinrisinə 2018-ci ilin iyul ayında başlanılmışdı.

  • Əvvəlki

    Ramil Usubov polis rəisini yeni vəzifəyə təyin etdi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0