İşsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib vəlahiyənin tenderinin məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış "Famil A” MMC qalibi olub. Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərində fəhlə kimi işlədilməsi adı ilə 500-dən çox vətəndaşa maaş yazılıb. Bu vəsaitlər başçı tərəfindən mənimsənilib
"Kommersant.az" xəbər verir ki, Göyçayın Səməd Vurğun küçəsi, ev 24 sakini Əliyev Vaqif Rafiq oğlu mətbuata göndərdiyi məktubda sensasion faktlar açıqlayıb.
Belə ki, V.Əliyev icra başçısı və qohumlarının özbaşınalıqlarından yeni-yeni detallar açıqlayıb. Onun sözlərinə görə, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus "Famil A" MMC 500-dən çox vətəndaşın maaş kartına sahib olub.
İşsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib vəlahiyənin tenderinin məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış "Famil A" MMC qalibi olub. Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərində fəhlə kmi işlədilməsi adı ilə 500-dən çox vətəndaşa maaş yazılıb. Bu vəsaitlər başçı tərəfindən mənimsənilib.
Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir.Talan edilən pulun 90 % Mehdi Səlimzadəyə çatır.
Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır, ancaq nə iş var, nədəadları işçi kimi yazılan şəxslərin maaşdan xəbərləri.
Cahan.info-nun xəbərinə görə, Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli Bəkirovanın həyat yoldaşıdır. Telli müəllimə hazırda işlədiyi Göyçay şəhər 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün hazırkı direktor Solmaz Kazımovanı sıxışdırmaqdadır.
Məktubda iddia olunur ki, Telli Bəkirovanın ali təhsil alması barədə diplomu saxtadır. Göyçay şəhər 5 nömrəli tam orta məktəbə ocaqçı (kaçaqar) vəzifəsinə təyin olunmuş Telli Bəkirova əmisinin icra başçısı vəzifəsinə təyinatından dərhal sonra birdən-birə məktəbdə təşkilatçı vəzifəsinə gətirilib.
Telli Bəkirovanın anası Solmaz Tağıyeva isə Potu kənd tam orta məktəbə direktor vəzifəsinə təyin olunur. Şikayətçi iddia edir ki, ana Solmaz müəllimə Potu kənd orta məktəbdə, qızı Telli Bəkirova isə 5 nömrəli tam orta məktəbdə reketçiliklə məşğul olurlar.
Göyçay rayon sakinləri Mehdi Səlimzadənin özünün və qohumlarının hoqqabazlıqlarından cana yığıldıqlarını da bildirirlər. Xatırladaq ki, daha əvvəl mətbuatda icra başçısı olan əmiyə 2 milyon manat pul atdığı üçün qardaş oğlu Səməd Cəbrayılov arzu olunmaz şəxs elan edilib.
Səməd Cəbrayılov qəssablıqla məşğul olurmuş və əmisi Mehdi Səlimzadə icra başçısı olduqdan sonra tez saxta diplom əldə edib onu Göyçay Gənclər Mərkəzinə müdir, az sonra isə İcra Hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətiriblər. Bundan sonra Səməd əmisinin kassiri rolunu oynamağa başlayıb. Naxələflik edib əmisinə 2 milyon manat pul atdığı məlum olduqda isə Səməd Cəbrayılov işdən azad edilib.İndi Səməd əmisinin və Göyçay rayonunda vəzifədə olan məmurların ifşa edici video çəkilişlərini ictimailəşdirəcəyi ilə onlara hədə-qorxu gəlməklə məşğul olduğu deyilir.
İdarə və müəssisə müdirləri başçıya verdikləri haqqı Səməd Cəbrayılov yığırdı deyə həmin vaxt o bütün prosesləri gizli video lentə alıb. İfşa olunanlardan birincisi isə Göyçay rayon Maliyyə İdarəsinin müdiri Firdovsi Rəhimov olub.