USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qadağan olunmuş siqaretlərin satışı davam edir - AZƏRBAYCANDA

11.01.2019 İqtisadiyyat
0 0
Siqaret insan sağlamlığı üçün çox zərərli və siqaretlərlə bağlı çoxsaylı qadağalar olsa da, cəmiyyət siqaretdən imtina edə bilmir.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan siqaret istehlakçılarının çoxu xarici dövlətlərdə istehsal olunan siqaretləri ölkəmizdə istehsal olunan siqaretlərdən daha keyfiyyətli hesab edir.

Yerli yaxud xarici siqaretlərin daha keyfiyyətli olması ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, "Siqaretin hamısı pisdir yerli yaxud xarici istehsal olması,hansısa tanınmış markanın istehsalı olması o demək deyil ki, həmin siqaretlər yaxşıdır digərləri pisdir. Bütün siqaretlər zərərlidir, siqaret çəkmək məişət narkomaniyasının bir növüdür.

Azad İstehlakçılar Birliyi 20 il ərzində 7 təhlükəli siqaret istehsal edən müəsisənin bağlanmasına nail olub və bu işdə dövlət orqanları bizə daim kömək edib. 31 oktyabr 2001-ci ildə Nazirlər Kabineti filtrsiz siqaretlərin satışını və istehsalını qadağan edən qərar qəbul edib. Filtrli də filtrsiz də zərərlidir. "Layt" siqaretlər, bununla yanaşı elektron siqaretlər, qəlyanlar demək olar ki, hamısından zərərlidir. Siqaret yeganə maldır ki, bütün dünyada birmənalı olaraq insan sağlamlığı üçün ziyanlı və təhlükəli mal kimi qəbul olunur.

Ötən ilin may ayından Şəkidə təhlükəli siqaret istehsal olunur. "Karvan", "Şəki", "Prima" adları altında istehsal olunan bu siqaretlərin xaricdə ekspertizasını həyata keçirəndən sonra məlum oldu ki, sözügedən siqaretlər çox təhlükəlidir.

Belə ki, bu siqaretlərin tərkibində təhlükəli maddələrin həcmi normadan 67% çoxdur. İqtisadiyyat Nazirliyi rəsmi olaraq bu siqaretlərin istehsalının və satışının qadağan olması ilə bağlı qərar verdi. Buna baxmayaraq bu gün də bu siqaretlər Şəki şəhərində istehsal olunur və satılır. Valideynlər bizə zəng edib bildirir ki, bu siqaretlər ucuz yəni, 40 qəpik olduğu üçün uşaqlar bu siqaretlərdən alıb çəkirlər. Həmin siqaretlər filtrsiz siqaretlər olsa da, Azərbaycanda satışı və istehsalı davam edir. Bu isə yolverilməz hal olmaqla yanaşı, həmin siqaretlər insanların məişət narkomaniyasına düçar olmasına birbaşa şərait yaradır".

Fins

  • Əvvəlki

    Bakı-Sumqayıt qatarının hərəkəti ləğv edildi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0