USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dən üçün payızlıq bitkilər nə qədər səpilib?

11.01.2019 İqtisadiyyat
0 0
Ötən il dekabrın 1-i vəziyyətinə görə, 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

"Kommersant.az" xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildiriblər ki, səpin aparılmış sahənin 98,3 faizini və yaxud 876163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun isə 577252,5 hektarı buğda, 298702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür. Ən çox buğda bitkisi Şəki şəhəri (43689,2 hektar) və Cəlilabad (49100,0 hektar), Füzuli (26590,0 hektar), Şamaxı (23426,5 hektar), İsmayıllı (22079,0 hektar), Qobustan (21231,0 hektar), Hacıqabul (18767,0 hektar) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20348,5 hektar) və Neftçala (29485,0 hektar), Kürdəmir (26800,0 hektar), Ağsu (13602,0 hektar), Biləsuvar (12745,0 hektar), Şamaxı (11468,0 hektar), Hacıqabul (10467,0 hektar) rayonlarında səpilib.

2017-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,3 faiz, o cümlədən arpanın səpin sahəsi 6,5 faiz, çovdarın səpin sahəsi 2,7 dəfə artıb, buğdanın səpin sahəsi 1,2 faiz azalıb.

  • Əvvəlki

    Baş nazir bu dəyişikliklə bağlı qərar imzaladı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0