USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu məhsulların ölkəyə gətirilməsi qadağan olunub

11.01.2019 İqtisadiyyat
0 0
Elektron ticarət son illər Azərbaycanda da geniş yayılıb. Amma bir çox alıcı və sifarişçi alış-veriş saytlarından istifadədə çətinlik çəkir. Əksəriyyət həmin saytlardan istidadə qaydalarını bilmir.

"Kommersant.az" xəbər verir ki, vətəndaşlar sifariş etdikləri malın hansı ölkədən göndəriləcəyi ilə bağlı da məlumatları dəqiqləşdirməlidir. Eyni zamanda gömrükdə problemlə qarşılaşmamaq üçün hesab fakturası da tələb olunmalıdır.

Cayhun Babayev – Blogger: "Saytlarda həmin məhsullar haqqında məlumat olur, girib baxmırlar".

Fərid Pərdəşünas – Ekspert: "Hesab faktura olmasa, gömrük əməkdaşı o məhsulun qiymətini müəyən edə bilmir. Bu da vaxt itkisidir".

Şəxsi istifadə və biznes məqsədi ilə ölkəyə gətirilən mallara görə ödənilən vergi və rüsumlar da fərqlidir. Dəyəri 1000 manata qədər olan məhsulların sifarişi zamanı bu şəxsi istifadə hesab edilir və sifarişçi yüksək məbləğli ödənişlərdən azad olunur. Amma ekspertlər burada boşluğun olduğunu düşünürlər.

Fərid Pərdəşünas - Ekspert: "Kimsə 5-6 tanışının adına telefon sifariş verir. Maya dəyəri 1000 dollar olmadığından vergiyə cəlb edilmir. Amma o telefonlar şəxsi adı ilə gəlsə də, sonda satışa çıxarılır".

Məsələnin digər tərəfi ölkəyə gətirilməsi qadağan edilən mal və məhsullarla bağlıdır. Amma vətəndaşların çoxu həmin qadağan edilən materiallardan xəbərsizdir.

Bunun üçün DGK və Azərpoçtun rəsmi səhifələrində qadağan olunmuş məhsulların siyahısı var ki, ora baxmaqla öz məhsullarının qadağan olunub-olunmadığını bilə bilərlər.

Ölkəyə gətirilməsinə icazə verilməyən və cinayət tərkibi yaratmayan istənilən mal və material sahibi tərəfindən geri göndərilə bilər. Cinayət tərkibi yaradan malları sifariş edib ölkəyə gətiməyə çalışanlar barədə isə hüquqi ölçü götürülür.

ARB 24

  • Əvvəlki

    Baş nazir Mikayıl Cabbarova 1 həftə vaxt verdi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0