ABŞ - ın ölkə başçısı Donald Trump ölkədə yaşayıb işləmək istəyənlər üçün geniş imkanlar yaradılacağını bildirib.
"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Trump müvəqqəti iş vizası olan "H1B"ə ABŞ – da yaşamaq istəyənlər üçün vətəndaşlığa aparacaq dəyişikliklər etməyə hazırlaşdığını bildirib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşan ölkə başçısı "H1B" vizası ilə ABŞ – da işləyənlər əmin ola bilərlər ki, bu andan etibarən onların vətəndaşlıq almasını asanlaşdıracaq qaydalar tətbiq edəcəyik. Məqsədimiz isə bacarıqlı və işgüzar insanların ölkədə yaşayışını təmin etməkdir", - deyə bildirib.
Qeyd edək ki, sözügedən viza əsasən texnologiya, federal qurumlar və universitet tələbələrinin ölkədə işləməsini təmin edir.