USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Enerji içkiləri yenidən ucuzlaşdı - SƏBƏB

14.01.2019 İqtisadiyyat
0 0
Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə satış məntəqələrində enerji içkilərinin də qiymətlərinin artması barədə məlumat vermişdik.

"Kommersant.az" xəbər verir ki, aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngidiyinə görə, enerji içkilərinin qiyməti yenidən əvvəlki vəziyyətinə qaytarılıb.

Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan "Hell" bu gün yenə əvvəlki qiymətinə - 1 manata satılır.

"Bizon" adlı enerji içkiləri də hazırda köhnə qiymətlərlə satışdadır. Lakin bahalaşan digər enerji içkilərinin qiymətində dəyişiklik olmayıb.

Xatırladaq ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri"ndə dəyişikliklər edib.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz enerji içkiləri, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu enerji içkilərinin hər litrinə 2 manat, alkoqolsuz enerji içkilərinin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Oxu.az