“Azərişıq” ASC - də idarə rəisi işindən azad olunub.
"Kommersant.az" xəbər verir ki, "Azərişıq" ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Elçin Mustafayev vəzifəsindən azad edilib. Onun yerinə indiyə qədər Səbail Rayon ETSİ-nin rəisi olan Paşa Rzayev təyin edilib.
E.Mustafayev isə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisinin istismar üzrə müavini vəzifəsinə təyinat alıb.