İsveçrənin maliyyə qurumu – “UBS Group Wealth Management” bazar iştirakçılarının gözləntilərinin əksinə olaraq bu il ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 2 mərhələdə artıracağını proqnozlaşdırır.
"Kommersant.az"ın "Report"-a istinadən verdiyi açıqlamaya əsasən Sinqapurda açıqlama verən UBS-in Asiya və Sakit okean regionu üzrə baş investisiya idarəsinin rəhbəri Min Lan Tan böyüyən ABŞ iqtisadiyyatı və böhran riskinin aşağı olmasının FED-in borclanma faizlərini artırması üçün üçün imkan yaratdığını deyib.