USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yol polisi bütün qüvvələri səfərbər edəcək - HAVAYA GÖRƏ

16.01.2019 İqtisadiyyat
0 0
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Kommersant.az"a bildirib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi səbəbindən bütövlükdə yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yol polisi əməkdaşlarının hər biri gücləndirilmiş iş saatı ilə xidmət edəcək və bütün qüvvələr səfərbər olunacaq.

V.Əsədov bildirib ki, xüsusilə yol hərəkətində təhlükəsizliyi təmin etmək, hərəkət iştirakçılarını bu vəziyyətdən çıxarmaq üçün ərazi tam nəzarət götürülməklə enişli-yoxuşlu yollar, sərt döngələr, tunellər, körpülər yol polis əməkdaşlarının nəzarətində olmaqla keçmə növbəliyi təmin ediləcək, eyni zamanda polis nəfərləri nizamlayıcı qismində xidmət göstərəcəklər:

"Ona görə də sükan arxasında olanlar yol polisi nəfərlərinin nizamlayıcı qismində olmasını diqqətdə saxlamalı və onların göstərişlərinə düzgün və dəqiq riayət etməlidirlər. Təbii ki, belə hava şəraitində birinci tövsiyəmiz odur ki, şəxsi nəqliyyat vasitələrindən imtina edilsin, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin. Digər tərəfdən belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşan peşəkar sürücülərin hərəkətinə şərait yaradılsın. Piyadalar onlar üçün ayrılmış yollarla getməyə üstünlük verməlidir. Təhlükəsizliyin təmin edilməsində hər bir hərəkət iştirakçısı funksional vəzifəsini bilməli və onu düzgün yerinə yetirməlidir".

V.Əsədov gözlənilən güclü küləklə əlaqədar da sürücülərə tövsiyə edib. O qeyd edib ki, ola bilər ki, güclü külək ağacların aşmasına təsir göstərsin: "Sürücülər avtomobillərini ağaclara yaxın yerlərdə saxlamaqdan imtina etsinlər. Hava şəraiti ilə bağlı sürüşmə ehtimalı ola bilər. Sürücülər sürət həddini minimuma endirməlidir, ara məsafələrini normadan artıq saxlamalıdır, yol nişanlarına əməl etməlidirlər. Avtomobillərin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, işıq cihazları təmiz saxlanmalıdır".

  • Əvvəlki

    Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0