USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Notariat kontorları ləğv edilir

18.01.2019 İqtisadiyyat
0 0
Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur.

"Kommersant.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, həmin qurumların xidmətləri yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.

Belə ki, bundan sonra notariusların həyata keçirdiyi dövlət xidmətləri Bakı şəhərində, habelə "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində yalnız "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.

  • Əvvəlki

    Xəbərdarlıq davam edir - NAZİRLİKDƏN AÇIQLAMA

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0