USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Məmurların bahalı xidməti maşınları insanları qıcıqlandırır"

19.01.2019 İqtisadiyyat
0 0
"Azərbaycanda məmurların bahalı xidməti avtomobilləri insanların qıcığına səbəb olur".

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O, ölkə başçısının dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanında məmurların xidməti maşınları ilə bağlı maddənin yer almasının məqsədəuyğun olduğunu deyib:

"Bizdə çox təəssüf ki, dövlət qurumlarında məmurlar üçün nəzərdə tutulan avtomobillərin qiyməti, markası və sayı açıqlanmır. Həmçinin qanunvericilikdə də bu tənzimlənmir. Azərbaycanda bu məsələ ilə bağlı yalnız Nazirlər Kabinetinin bir qərarı var. Həmin qərarda yalnız ayrı-ayrı dövlət qurumları üçün nəzərdə tutulan xidməti avtomobillər kvotası göstərilir. Amma, avtomobillərin çeşidi, markası və qiyməti deyilmir. Hesab edirəm ki, bunu ya Nazirlər Kabinetinin qərarı və yaxud prezidentin Fərmanı ilə tənzimlənməlidir. Hazırda isə bu sayla tənzimlənir".

Ekspert hesab edib ki, bu gün dövlət qurumlarında çalışan məmurlar, dövlət vəsaiti hesabına gəzdikləri əksər avtomobillər kifayət qədər bahalıdır:"Bəzən məmurlar təyinatından da yüksək, bahalı avtomobildə gəzirlər. Tutaq ki, hansısa rayon icra başçısı, hansısa nazirliyin şöbə müdirini gəzdirmək üçün qiyməti kifayət qədər bahalı avtomobillərdən istifadə edirlər. Bu nəyə lazımdır? Axı, indiki dövrdə sözügedən vəzifəlilərin xüsusi dəbdəbəli avtomobillərdə gəzməyə nə ehtiyac var?! Sözügedən məmurlara qiyməti aşağı, müasir tələblərə cavab verən, normal komfortlu avtomobillər verilə bilər. Hesab edirəm ki, bu vəzifəlilərin ən bahalı və konfortlu avtomobillərdə gəzməyə ehtiyac yoxdur. Bu adamlar bahalı avtomobillərdə gəzdikcə bəzən lazımsız dəbdə formalaşdırırlar. Düşünürəm ki, icra başçılarının 7-ci sinif BMW-də gəzməyinə ehtiyac yoxdur. Onlardan da yuxarı olan məmurlar düşünürlər ki, "icra başçısı belə avtomobildə gəzirsə, mən niyə onun avtomobilindən də bahalı maşınla gəzməyim?". Hamı çox gözəl bilir ki, məmurların bahalı avtomobilləri bəzən vətəndaşlarda çox böyük qıcıq yaradır".

Ərşad Hüseynov həmçinin deyib ki, bu gün Bakıda fəaliyyət göstərən bəzi dövlət qrumları dövlət vəsaiti hesabına təyinatlarına uyğun olmayan avtomobillərdə alırlar: "Bu nədir? Misal üçün bəzi dövlət qurumları Bakıda idarə etmələri üçün mühərrikin həcmi 6000 kubsantimetrədək olan bahalı "Cip"lər dövlət vəsaiti hesabına alırlar. Paytaxtda "Cip"in nə işi var?. Özüdə həm bahalı və həmdə yanacaq sərfiyatı daha çox!. Əgər dövlət məmuruna yolsuzluq şəraitində də hərəkət edən avtomobil lazımdırsa bunu daha kiçik həcimli, keyfiyətli, ucuz avtomobillərlə də əvəz etmək olar. Amma, Bakıda isə bahalı "Cip" avtomobillərinə ehtiyac yoxdur".

  • Əvvəlki

    95 milyard dolları olan Bill Qeyts hamburqer almaq üçün növbəyə durdu - FOTOLAR

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0