Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2019-cu ildə "ASAN xidmət" mərkəzlərində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işləri üçün dörd şirkətlə 15 müqavilə bağlayıb.
Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, "Təmiz Servis", "Servis Xidməti", "Klassik Era" və "Super Servis X.Ş" kimi şirkətlər ilə 2 milyon 582,5 min manat və ya 1 milyon 519 min ABŞ dolları məbləğində müqavilələr bağlanılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildə yaradılıb.