USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Google” 50 milyon avro cərimələndi

22.01.2019 İqtisadiyyat
0 0
Fransanın İnformasiya Texnologiyaları və İnsan Hüquqları üzrə Milli Komissiyası “Google” şirkətini 50 milyon avro cərimələyib. Buna şirkətin şəxsi məlumatların qorunması ilə bağlı Avropa qanunlarını pozması səbəb olub. Şirkət istifadəçilərə şəxsi məlumatların emalı və istifadəsinə razılıq əldə etmək üçün kifayət qədər məlumat verməyib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı "Rossiya-24" telekanalı məlumat yayıb.

Bu, komissiyanın ağır cəza tətbiq etdiyi ilk haldır. Komissiyadan bildirilib ki, cərimənin məbləğinin bu səviyyəyə çatması şirkətin ciddi qanun pozuntularını hələ də davam etdirməsi ilə əlaqədardır.

Avropa Birliyinin Ümumi Məlumatların Müdafiəsi Reqlamenti ötən il mayın 25-də qüvvəyə minib.

Oxu