Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsinin qeydiyyat mərhələsi 2019-cu il 1 fevral tarixində başlayacaq.
"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi Magistratura sektorunun müdiri Məhəbbət Əkbərli məlumat verib. Məlumatda qeyd olunur ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə qeydiyyat prosedurası 1-11 fevral tarixlərini əhatə edəcək.
Qeyd edək ki, imtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün ödənişin məbləği 50 AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği "Şəxsi kabinet"də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının payment.dim.gov.az səhifəsində verilib).