“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib.
"Kommersant.az" AZAL-a istinadla məlumat verir ki, AZAL-ın və onun törəmə strukturu olan "Buta Airways" aviaşirkətinin təyyarələrində bəzi əşyalar unudulub.
"Əgər bu əşyaların sahibləri və yaxud bu əşyaları unudan tanışlarınız varsa, zəhmət olmasa, AZAL-ın itmiş əşyalar xidməti ilə (+994 12) 497-26-00 (daxili 30-81, 22-05) və yaxud [email protected] e-poçt ünvanları vasitəsi ilə əlaqə saxlamağa xahiş edirik", – deyə müraciətdə qeyd olunub.