2018-ci ildə Azərbaycanda çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin təşəbbüsü ilə 38 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) təsis edilərək dövlət qeydiyyatına alınıb.
"Kommersant.az"-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, ötən il mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunmasının təşkili istiqamətində tədbirlər davam etdirilib: "Ümumilikdə isə, indiyədək Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, Abşeron rayonunda yerləşən çoxmənzilli binalarda 103 MMMC yaradılıb".