USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zamirə Hacıyeva və Avropada "investor vizası" həyəcanı

24.01.2019 İqtisadiyyat
0 0
Britaniyada "mənşəyi məlum olmayan sərvətə order"in ilk dəfə 2018-ci ildə Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı istifadə olunması göstərdi ki, o, 2010-cu ildə Böyük Britaniyaya "investor vizası" ilə gəlib.

Bu barədə Britaniya KİV-ləri yazır.

Yanvarın 23-də isə Avropa Komissiyası bəyan etdi ki, Avropa İttifaqının bəzi üzv dövlətlərinin imkanlı əcnəbilərə pasport və viza verilməsi üzrə proqramları cinayətkar qruplara Aİ zonasına daxil olmağa kömək edə və pulların yuyulması, korrupsiya və vergidən yayınma risklərini artıra bilər.

Bildirilir ki, 2014-cü ildə Böyük Britaniya həmin şəxslər barədə məlumatları yoxlamadan 1172 "investor vizası" verib. Skrininq rejiminə keçiddən sonra bu göstərici 2015-ci ildə 192-yə qədər azalıb.

Xatırladaq ki, ötən il noyabrın 6-da Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı. O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunmuşdu. Sonradan məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb.

Qeyd edək ki, bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.