USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhaliyə qoca heyvanlar verilir - MİLLƏT VƏKİLİNDƏN NAZİRLİYƏ MÜRACİƏT

24.01.2019 İqtisadiyyat
0 0
Deputat Musa Quliyev sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, M. Quliyev Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin iclasında bəzən ev heyvanlarının verilməsində narazılıq olduğunu qeyd edib:

"Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuata xidmət işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünəməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək".