USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Toylardan pul qazananlar - BU QƏDƏR SABİT VERGİ ÖDƏYƏCƏK

25.01.2019 İqtisadiyyat
0 0
Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra sabit vergi ödəyicilərinin ödəməli olduğu dəqiq məbləğ açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, sabit vergi ödəyicilərinin hansı formada vergi ödəməsi barədə məlumat verən iqtisadçı - ekspert Rauf Qarayev bildirib ki, "Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – aylıq sabit vergi məbləği 30 manat

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət– aylıq sabit vergi məbləği 30 manat

Çəkməçi, pinəç - aylıq sabit vergi məbləği 5 manat

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - aylıq sabit vergi məbləği 10 manat

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər - aylıq sabit vergi məbləği 10 manat

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – aylıq sabit vergi məbləği 20 manat

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – aylıq sabit vergi məbləği 15 manat

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – aylıq sabit vergi məbləği 5 manat

Vergi Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;

3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

Misal: Bərbər Bakı şəhərində fəaliyyət göstərirsə 2*15 = 30 manat ay üzrə vergi ödəməlidir.

Sumqayıtda fəaliyyət göstərirsə - 15 * 1,5 = 22 manat 50 qəpik ay üzrə vergi ödəməlidir.

Lənkəranda fəaliyyət göstərirsə - 15*1 = 15 manat ay üzrə vergi ödəməlidir.

Sabirabadda fəaliyyət göstərirsə - 15 * 0.5 = 7 manat 50 qəpik vergi ödəməlidir.

Bu məbləği hər ayın əvvəli ödəməlidir. Fəaliyyətin olmaması vergi ödəməməsi üçün səbəb göstərilə bilinməz.

Fins