“Azərişıq”ASC-dən elektrik enerjisinin təchizatında məhdudiyyətlər olacağı barədə məlumat verilib.
"Kommersant.az" xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində elektrik enerjisinin təchizatında məhdudiyyətlər olacaq.
Bildirilir ki, buna səbəb Bağlar Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik verilişi xətlərinin əlaqələndirilməsinin yenidən qurulmasıdır.
Bununla əlaqədar yanvarın 25-də saat 11:00-dan 14:30-a qədər Məhəmmədi qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.