USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ziya Məmmədov özündən çıxdı: - “Sökməsinlər e, qoy lap partlatsınlar”

25.01.2019 İqtisadiyyat
0 0
Mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni məlumat yayılıb. İnformasiyada qeyd olunur ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı "Trump Tower Baku”, sonrakı adı isə "Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu həmin hoteli söküləcəyi ilə bağlı şübhələri artırır.

"Kommersant.az" bildirir ki, Azxəbər məsələyə sabiq Nəqliyyat naziri Ziya Məmmədovdan özündən münasibət öyrənib.

Sualı əsəbi qarşılayan sabiq nazir bildirib ki, bu xəbərlər şaiyədir:

"Onu deyən qələt edir. Sökmürlər e, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma heç bir aidiyyatı yoxdur".

ELƏCƏDƏ BAX: Anar Məmmədovun məşhur göydələni sökülür, yoxsa… - FOTO

  • Əvvəlki

    1-ci və 2-ci qrup əlillərlə bağlı qaydalar dəyişdirilir

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0