USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəyə müvəqqəti daxil olan avtomobillərin - Bazası yaradılacaq

28.01.2019 İqtisadiyyat
0 0
Azərbaycana müvəqqəti daxil olan nəqliyyat vasitələri haqqında statistik məlumat bazası olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Proqrama görə, 2020-ci ilin sonunadək Azərbaycan Respublikasında qeydiyyata alınmış və ya ölkəyə idxal edilmiş, eləcə də müvəqqəti daxil olan nəqliyyat vasitələri, habelə onların mülkiyyətçiləri və istifadəçiləri haqqında statistik məlumat bazasının yaradılması nəzərdə tutulur. Bazanın yaradılması Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin öhdəliyinə verilib.