Bakının bəzi marketlərində istifadə müddəti keçmiş saqqız satılır.
"Kommersant.az"-ın məlumatına görə, "Europe" adlı saqqız Mərdəkan qəsəbəsindəki marketlərdə açıq şəkildə satışdadır. Maraqlıdır ki, məhsulun üzərində 2013-cü ildə istehsal edildiyi göstərilsə də, satıcılar sözügedən məhsulu satmaqdan çəkinmirlər.